EN

İrəvanın savaş anonsu: Bakıdan şad xəbər gəldi – Nə baş verir?

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. O qeyd edib ki, son açıq qalan iki maddənin Ermənistan tərəfindən razılaşdırıldığı ilə bağlı Azərbaycana məlumat verilib.

Bir müddət əvvəl Ermənistanın aprel ayında Azərbaycanla müharibəyə başlayacağına dair yayılan xəbərlər fonunda belə bir açıqlamanın verilməsi diqqət çəkir. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın müharibə ehtimalından danışmasısonda rəsmi Bakının növbəti dəfə sülh gündəminə sadiq olduğunu açıqlaması maraq doğurub.

Bu nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, sülh mətni ilə bağlı əsas müzakirələrdən biri də Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə bağlı maddələrin dəyişdirilməsidir:

Zeynal

Zeynal Əmrəliyev

“Revanşist qüvvələr israrla bildirirdilər ki, bu maddələr dəyişdirilə bilməz. Amma Azərbaycan qalıcı sülhün təmin olunması üçün bu məsələdə təkid edirdi. Biz gələcəkdə nəyin baş verəcəyini bilmirik. Ermənistanda revanşizm hissinə malik qüvvələr var. Onlar hakimiyyətə gəlsə, bu maddələr əsasında hüquqi baza yaradaraq Azərbaycana qarşı düşmənçilik siyasətini həyata keçirməyə çalışacaqlar. Bu gün məlum oldu ki, Ermənistan həmin məsələ ilə bağlı da razılaşıb. Konstitusiya dəyişikliyinin baş tutması üçün referendum keçirilməsi nəzərdə tutulur”.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycan və Ermənistanın birgə səyləri də diqqətçəkəndir:

“Doğrudur, Minsk qrupu fəaliyyət göstərmir. Lakin Fransanın timsalında bəzi qüvvələr onu dirçəltməyə çalışır. ATƏT-in Minsk qrupunun həmsədri olan bəzi ölkələr də Azərbaycan və Ermənistan arasında münaqişənin yenidən alovlanmasına çalışırdılar. Həmin qurumun fəaliyyətinə son verilməsi tərəflərin heç bir vasitəçiyə ehtiyacının olmadığından xəbər verir. Hazırda sərhədlərin delimitasiyası prosesi də gedir. Qarşıda sadəcə texniki məsələlərin həlli dayanır. Heç bir problem yaranmasa, bu il yekun sülh müqaviləsi imzalana bilər”.

Chosen
2
turkustan.az

1Sources