Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının sülh sazişi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib.
"Ermənistanın Xarici İşlər Nazirliyi "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin layihəsi üzrə razılaşmanın əldə edilməsi və bu saziş layihəsi üzrə razılığın əldə edilməsi ətrafında danışıqların başa çatması faktını təsdiqləyir", - məlumatda bildirilib.
“İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır", - Ermənistan XİN məlumatda vurğulayıb(Report)
MİA.AZ