EN

Türkiyə otelləri “hər şey daxil”i ləğv edir?

Türkiyə turizm sənayesi hələ otellərdə “hər şey daxil” sisteminin ləğvinə hazır deyil. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiyanın turizm sektorundakı anonim mənbəyə istinadən yazıb.

“Turistlər Türkiyədə istirahət üçün büdcələrini əvvəlcədən müəyyən etməyə uyğunlaşıblar. Özünü sübut etmiş sistemi ləğv etmək.. Biz hələ buna hazır deyilik. Rusiyalı turistlər otellərdən kənarda yemək və əyləncəyə daha çox xərcləməyə başlaya bilər ki, bu da onların Türkiyəyə səfəri üçün büdcələrində dəyişikliklə nəticələnər”, deyə agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, sistemin ləğvi ilə əlaqədar turistlər tezliklə yeni marşrutlar axtarmağa başlayacaqlar. Ekspert aydınlaşdırıb ki, hazırda kurort mehmanxanaları hibrid xidmət modelləri və ya xüsusi paketlər vasitəsilə yeni şəraitə uyğunlaşır.

Keçən ilin noyabrında Türkiyə Kiçik Otelçilər Assosiasiyasının prezidenti Ertan Ustaoğlu bildirmişdi ki, ölkədəki otellərdə “hər şey daxil” sistemi turistlərin nadir hallarda otellərini tərk etməsinə və daim yemək yeməsinə səbəb olur. Ustaoğlu hesab edir ki, istirahət edənlərin bu cür davranışları nəinki onların səhhətinə mənfi təsir göstərərək, kökəlmə riski yarada bilər, həm də ölkənin turizm potensialının tam inkişafına mane olur. O, böyük otellərdə yemək xidmətinin təşkili üçün alternativ konsepsiya təklif eüdib – məsələn, bir neçə kiçik restoranın açılması.

Chosen
0
1
nocomment.az

2Sources