EN

Azərbaycanla sülh sazişi layihəsi razılaşdırılıb, imzalanmağa hazırdır – Ermənistan XİN

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin razılaşdırılması və bu barədə danışıqların başa çatması faktını təsdiq edib.

Heftelik.az xəbər verir ki, Ermənistan XİN bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan XİN diplomatik kanallarla Azərbaycan XİN-ə Ermənistan Respublikasının “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Bakının təkliflərini qəbul etdiyinə dair məlumat verib.

“Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sənədin imzalanma vaxtı və yeri barədə Azərbaycanla məsləhətləşməyə hazırdır”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. O bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb.

Chosen
13
18
heftelik.az

10Sources