Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 12 mart2025-ci il tarixində Bakıda keçirilmiş Milli Maliyyə ƏlçatanlığıForumunun qızıl sponsoru qismində çıxış etmişdir. Tədbir AzərbaycanRespublikasının Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişafBankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sahibkarlığınİnkişafı Fondu təmsilçiləri, kommersiya bankları və fintechşirkətlərinin nümayəndələrindən ibarət 150-dən çox şəxsin iştirakıilə həyata keçirilib.
Forumda istiqraz və səhm bazarlarının inkişaf perspektivləri,regional və qlobal fond bazarlarına çıxış imkanları, innovativmaliyyə alətlərinin iqtisadiyyatda tətbiqi, dayanıqlı inkişafıtəmin edən “yaşıl maliyyə” və milli Ekoloji, Sosial və İdarəetmə(ESİ) standartları kimi aktual mövzular müzakirə edilib. Tədbirdəkiçik və orta sahibkarlığa (KOS) dəstək mexanizmləri, “startup”seqmenti üzrə trendlər və çağırışlara dair geniş fikir mübadiləsiaparılıb.
Forum çərçivəsində keçirilən müzakirə panelində “PAŞA Bank”ınkreditləşmə, innovasiya və xidmətlərin optimizasiyası üzrə sahəlideri Ceyhun Baloğlanov iştirak etmişdir. O, bank sektorundainnovativ yanaşmalar, məlumat idarəetməsinin rolu, yenitexnologiyaların tətbiqi barədə fikirlərini bölüşərək, Bankınmüştəri təcrübəsinin təkmilləşdirilməsinə və KOS müştəriləri üçünmaliyyə əlçatanlığını artırmaq istiqamətində həyata keçirdiyilayihələr haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, Milli Maliyyə Əlçatanlığı Forumu “Azərbaycan MilliBiznes Assosiasiyası” və “Caspian Energy Club” tərəfindən təşkilolunmuşdur.