Ermənistan Xarici İşlər Nazirliyi Bakının sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatını təsdiqləyib.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Ermənistan XİN-in açıqlamasına görə, sənəd imzalanmağa hazırdır.
Nazirlik İrəvanın razılaşmanın imzalanma vaxtı və yeri üzrə Bakı ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.//Musavat.com