EN

Kanada Trampın təhdidlərinə baxmayaraq ABŞ-dan bir neçə HIMARS almaq istəyir

Kanada Silahlı Qüvvələri ABŞ-dan bir neçə HIMARS reaktiv yaylım atəşi sistemi almaq imkanını təklif edib. Baxmayaraq ki, ABŞ prezidenti Donald Tramp bir neçə dəfə Kanadanı ABŞ-ın 51-ci ştatı etmək istəyini bildirib.

Herbiand.az bildirir ki, bu barədə Ottawa Citizen qəzeti müdafiə sənayesi rəsmilərinə istinadən yazır.

“Kanada Silahlı Qüvvələri Liberal hökumətin ABŞ istehsalı olan HIMARS sistemini almasını istəyir”, - nəşr yazıb.

Qəzet qeyd edib ki, Kanada hərbi rəhbərliyi amerikalı həmkarları ilə sıx əlaqələrə malikdir və diqqətini ABŞ-dan dəyişmək istəmir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
12
herbiand.az

1Sources