EN

Təmiz Enerji Mərkəzi vasitəsilə həyata keçiriləcək təşəbbüslər İqtisadi Əməkdaşlıq Təşkilatı ilə müzakirə edilib

Bakı, 13 mart, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov ilə XII Bakı Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) Baş katibi Əsəd Məcid Xan arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs və layihələrindən bəhs edilib.

Bu aspektdə, İqƏT regionu üçün Təmiz Enerji Mərkəzinin (CECECO) yaradılması və mərkəz vasitəsilə həyata keçiriləcək təşəbbüslərin əhəmiyyətindən danışılıb. Təmiz Enerji Mərkəzinin Bakıda rəsmi açılışı üçün lazımi proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Həmçinin bu il Azərbaycanın İqƏT-in sammitinə ev sahibliyi çərçivəsində enerji sahəsində keçiriləcək tədbirlər, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” kimi regional layihələrlə təşkilat daxilində enerji tərəfdaşlığını təmin edən perspektivlər nəzərdən keçirilib.

Chosen
9
3
azertag.az

4Sources