"Fənərbağça"nın təcrübəli hücumçusu Cenk Tosun karyerasını Yaponiyanın məşhur futbol klubu "Urava Red Diamonds"da davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu "Fənərbağça" ilə olan müqaviləsini bitirərək, yeni bir mərhələyə qədəm qoyur. Hücumçu Yapon klubunun rəhbərliyi ilə anlaşıb.
Qeyd edək ki, bu mövsüm "Fənərbağça" ilə 17 oyunda meydana çıxan Cenk Tosun 2 qol vurub və 1 məhsuldar ötürmə edib.