EN

Uşaq müəssisələrində yeni qaydalar müəyyənləşdirilib

Dövlət və özəl uşaq müəssisələrində göstərilən xidmətlərdə yeniliklər edilib.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, Nazirlər Kabinetinin qərarı ilə qəbul olunan bu dəyişikliklərin əsası uşaqlara göstərilən xidmətlərin daha peşəkar və əhatəli olması ilə əlaqədardır.

Belə ki, göstərilən xidmət səviyyəsinin keyfiyyəti nəzərə alınaraq uşaqlara verilən təhsil və qidanın daha da yaxşılaşdırılması ilə bərabər, onların yataq otaqları və təmizliyinə də xüsusi fikir verilməlidir. Yaşı 5-dən yuxarı olan uşaqların yataq otaqlarının qız və oğlanlar üçün ayrılması da əsas tələblərdən biridir.

Bundan başqa, hər bir dövlət və ya özəl uşaq müəssisəsində xüsusi otaqlar olmalıdır ki, burada xüsusi kameralar təchiz olunsun. Bununla da valideyni üçün darıxan uşaqlar onlarla görüntülü danışaraq daha komfortlu bir şəraitdə olmaları təmin olunacaq.

Eyni zamanda istər dövlət, istərsə də özəl tipli körpələr evi və uşaq bağçalarında kameraların quraşdırılması labüd hala çevrilib. Belə ki, hər bir valideyn övladının bağçada necə bir gün keçirdiyini kamera vasitəsilə izləmək hüququna malikdir.

Bu sahədəki yeniliklərdən biri də bu tipli müəssisələrin təmizliyinin təmin olunmasından ibarətdir. Belə ki, uşaq müəssisələrinin gün ərzində 2 dəfə yuyucu vasitələr ilə təmizlənməsi mütləqdir. Bununla da körpələr arasında yayılan yoluxucu xəstəliklərin artması və yayılmasının qarşısını daha yaxşı almaq olar.

Müəllif: Türkan_zadə

Chosen
12
heftelik.az

1Sources