EN

"Ukrayna çevik diplomatik siyasət yürüdərək vəziyyəti xeyrinə dəyişdi"

“Ukraynanın ABŞ-ın 30 günlük atəşkəs şərtini qəbul etməsi, əslində, onun Rusiya üzərində siyasi və psixoloji qələbəsidir"
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü Moskvanın maraqlarına uyğun olub və Rusiya bu görüşdən məmnun qalıb:
“Lakin Ukrayna çevik diplomatik siyasət yürüdərək vəziyyəti dəyişib. İndi top Rusiyanın tərəfindədir və Kreml çıxılmaz vəziyyətdədir. ABŞ nümayəndə heyəti artıq Moskvadadır və danışıqlar gedir. Rusiya isə atəşkəsdən əvvəl Kursku Ukrayna qoşunlarından təmizləmək niyyətindədir. Hazırda Ukrayna qüvvələrinin vəziyyəti çətindir, çünki Rusiya bölgəyə elit qoşunlarını yerləşdirib. Buna baxmayaraq, Kreml atəşkəslə bağlı çox ciddi şərtlər irəli sürür və bu şərtlərin nə Ukrayna, nə də ABŞ tərəfindən qəbul ediləcəyi gözlənilmir. Digər tərəfdən, Ukrayna hərbi və kəşfiyyat dəstəyi alır və ona yeni hərbi texnikalar göndərilir. Bu səbəbdən atəşkəsin baş tutub-tutmayacağı ABŞ və Rusiya arasındakı danışıqlardan asılı olacaq.
Kursk məsələsinə gəldikdə isə, Rusiya burada əməliyyatlar bitmədən və öz qüvvələrini tam yerləşdirmədən atəşkəsə razı olmayacaq. Hətta mümkündür ki, ABŞ Ukraynaya atəşkəs müqabilində Kurskdan çıxmağı təklif etsin. Bununla belə, Uzun müddətdir Kurskda mövqelərini qoruyan Ukraynanın birdən-birə geri çəkilməsinin yalnız Rusiyanın hərbi təzyiqi ilə bağlı olduğunu düşünmək düzgün olmaz.
Çünki Rusiya artıq bir neçə dəfə Kurska elit qoşunlarını yerləşdirsə də, uğur qazana bilməyib. Putinin Kurska səfəri isə bir mesajdır – o, bununla ABŞ-a göstərmək istəyir ki, Rusiya Kursku tam nəzarətə almadan atəşkəsə razı olmayacaq”.
 
Mehin Mehmanqızı
 
Chosen
9
1
moderator.az

2Sources