EN

Suriyada keçid dövrü üçün Konstitusiya Bəyannaməsi imzalanıb

Suriya televiziyasınınverdiyi məlumata görə , Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa xüsusi komitə tərəfindən hazırlanmış keçid dövrü üçün ölkənin konstitusiya bəyannaməsini ratifikasiya edib.

Qeyd olunur ki, respublikada keçid dövrü beş il davam edəcək. Bu müddət ərzində imzalanmış sənəd İslam hüququnu əsas qanunvericilik mənbəyi kimi saxlayaraq Ərəb Respublikası üçün hüquqi bazanı təmsil edəcək.

“Komitə təsdiqləyib ki, bəyannamənin legitimliyi dövlətin adını “Suriya Ərəb Respublikası” kimi saxlamaqla və dövlət başçısının dinini İslam kimi göstərməklə yeni Suriya qurmaq istəyi ilə bağlıdır”, - KİV yazır.

Chosen
25
4
aznews.az

5Sources