EN

Tramp Aİ-dən spirtli içkilərə 200% rüsum tətbiq etməklə hədələyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı (Aİ) viskiyə rüsumları qaldırmasa, ABŞ Fransa və digər Aİ ölkələrindən gələn spirtli içkilərə 200 faizlik gömrük rüsumları tətbiq edəcək.

Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat verib.

“Avropa İttifaqını dünyada ən sui-istifadə edən vergi və rüsum orqanlarından biri adlandırmaq olar. Bu, yalnız ABŞ-dən istifadə etmək məqsədi ilə yaradılmışdır. “Aİ indicə viskiyə iyrənc 50 faiz rüsum tətbiq etdi”,-deyə Tramp qeyd edib.

Onun fikrincə, bu tədbirlər ABŞ biznesinə müsbət təsir göstərəcək. Tramp həmçinin Aİ-nin tariflərin tətbiqinə yanaşmasını dünyanın ən düşmənçi və ədalətsiz yanaşmalarından biri adlandırıb.

Chosen
15
aznews.az

1Sources