EN

İtaliyalı qapıçı Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

"Report" UEFA-ya istinadən xəbər verir ki, italiyalı qolkiper 1/8 final mərhələsinin "Liverpul"a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin növbəti mərhələyə yüksəlməsində pay sahibi olub.

Qeyd edək ki, mükafata həmçinin Harri Keyn ("Bavariya", Almaniya), Marko Asensio ("Aston Villa", İngiltərə) və Emre Can ("Borussiya", Almaniya) namizəd idi.

Chosen
44
4
far.az

5Sources