Yevlax rayon mərkəzində gənclər arasında mübahisə faciə ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində 2008-ci il təvəllüdlü Ayxan Quliyev və həmyaşıdı 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı bıçaqlanıb.
Hadisə zamanı 17 yaşlı A.Quliyev ürək nahiyəsindən bıçaqladığı üçün hadisə yerində dünyasını dəyişib.Hadisəni törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdlü Mustafalı Həsən polis əməkdaşları tərəfindən saxlanılıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu