Bakı. Trend:
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsininXocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Başkatibinə ünvanladığı məktub Baş Assambleya və TəhlükəsizlikŞurasının sənədi kimi dərc edilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X”sosial şəbəkəsində məlumat yayıb.
“Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi vəmövcud sübutlar tam aydın göstərir ki, Xocalıda törədilmişcinayətlər tək-tək və ya təsadüfi deyil, etnik və dini nifrət vədözümsüzlük zəminində törədilən vəhşiliklərin geniş və sistemlisiyasətinin və praktikasının tərkib hissəsidir.
Ağır cinayətlərə görə məsuliyyət mütləqdir və qaçılmazolmalıdır.
Azərbaycan öz xalqına qarşı törədilən vəhşiliyi heç vaxtunutmayacaq”, - paylaşımda deyilir.