EN

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Chosen
39
19
olke.az

10Sources