Təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb.
Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı “Mercedes” markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı “Mercedes” avtomobili ilə toqquşub.
Son Yazılar:
- Çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğradı
- “Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil
- “Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir
Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Bəbək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.