EN

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirildi — Bir nəfər isə yaralandı

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb.

Demokrat.az "Report"a istinadən məlumat verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Chosen
41
19
demokrat.az

10Sources