EN

Donatella Versace “Versace”nin kreativ direktoru vəzifəsini tərk edir


Donatella Versace İtaliyanın “Versace” moda evinin kreativ direktoru vəzifəsini tərk edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə brend sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, indi modelyer “Versace”nin səfiri olacaq:
“Xanım Versace yeni rolunda özünü “Versace”nin xeyriyyəçilik fəaliyyətlərini dəstəkləməyə həsr edəcək”.
Modelyer postdan getməsi xəbərini təsdiqləyib:
“Baş brend səfiri kimi yeni rolumda “Versace”nin ən istəkli müdafiəçisi olaraq qalacağam. “Versace” mənim DNT-də və həmişə ürəyimdədir”.
Qeyd edilib ki, son 15 ildə “Miu Miu”da işləyən Dario Vitale aprelin 1-dən brendin kreativ direktoru vəzifəsini icra edəcək.
Chosen
26
1
yeniavaz.com

9Sources