1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş martın 13-də qapalı formatda axşam saatlarında keçiriləcək".
Oxu.Az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Uitkoffun Vladimir Putinlə görüşü bu gün axşam qapalı formatda olacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiyaya gələn S.Uitkoff Rusiya lideri ilə Ukraynada münaqişənin nizamlanmasını müzakirə edəcək.