EN

"Atletik" "Roma"nı mübarizədən kənarlaşdırdı - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə,  "Latsio" doğma meydanda  Çexiya "Viktoriya"sı ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib lakin iki oyun nəticəsinə görə İtaliya klubu mərhələ adlayıb.

"Atletik" doğma azarkeşləri önündə "Roma"nı qəbul edib. Bilbao təmsilçisi bu görüşdə qələbə qazanaraq "Roma"nı mübarizədən kənarlaşdırıb.

"Olimpiakos" evdə "Budyo Qlimt" üzərində qələbə qazansa da, Norveç təmsilçisi iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olub.

"Ayaks" səfərdə "Ayntraxt"ın qonağı olub. Almaniya klubu bu görüşdə rəqibini darmadağınla məğlub edərək növbəti mərhələyə adlayıb.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

13 mart

21:45. “Latsio” (İtaliya) - “Viktoriya” (Çexiya) - 1:1

İlk oyun - 2:1.

21:45. “Olimpiakos” (Yunanıstan) - “Budyo Qlimt” (Norveç) - 2:1

İlk oyun - 0:3.

21:45. “Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland) - 4:1

İlk oyun - 2:1.

21:45. “Atletik” (İspaniya) - “Roma” (İtaliya) - 3:1

İlk oyun - 1:2

Chosen
8
1
90deqiqe.az

2Sources