UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu ada italiyalı qolkiper Canluici Donnarumma layiq görülüb. PSJ-nin qapıçısı “Bavariya”dan Harri Keyn, “Aston Villa”dan Marko Asensio və Dortmund “Borussiya”sından Emre Canı qabaqlayıb.
Donnarumma “Liverpul”la görüşdə iki penaltini dəf edərək komandasının 1/4 finala yüksəlməsinə böyük kömək edib.