UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Reyncers" evdə "Fənərbağça"nı qəbul edib.
hakimiyyet.az xəbər verir ki, matçın əsas vaxtı Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:2.
İstanbulluların heyətində Şimanski dubla imza atıb
Tərəflər arasında ilk oyun Şotlandiya təmsilçisinin 1:3 hesablı səfər qələbəsi ilə başa çatdığına görə, görüşdə hərəsi 15 dəqiqə olmaqla, əlavə iki hissə təyin edilib.
Komandalar əlavə edilmiş 30 dəqiqədə hesabı dəyişə bilmədikləri üçün matçın taleyini penalti seriyası müəyyənləşdirib.
Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Reyncers" adını növbəti mərhələyə yazdırıb.
Turun Bakı vaxtı ilə 00:00-da başlayan digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Lion" - FKSB - 4:0, (ilk oyun - 3:1);
"Mançester Yunayted" - "Real Sosyedad" - 4:1, (ilk oyun - 1:1);
"Tottenhem" - "AZ Alkmaar" - 3:1, (ilk oyun - 0:1).
Beləliklə, iki oyunun nəticəsinə görə, la yanaşı "Lion", "Mançester Yunayted", "Tottenhem" və "Reyncers" komandaları da 1/4 final mərhələsinə adlayıblar.