EN

Qəzada ölən Sevil 1 gün əvvəl işə düzəlibmiş...

Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək vəfat edib.

Publika.az xəbər verir ki, S. Abdullazadənin qəzaya düşməzdən 1 gün öncə işə götürüldüyü məlum olub.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi. Həmçinin S. Abdullazadə yaşasaydı aprelin 1-də ad gününü qeyd edəcəkdi.

Chosen
2
9
publika.az

10Sources