1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X"hesabında paylaşım edilib.
Qeyd edilib ki, müdafiə attaşe kimi leytenant Gevin Tarbard təyin edilib.
"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - deyə paylaşımda qeyd olunub.
We are delighted to announce the arrival of Lieutenant Commander Gavin Tarbard as the first British resident Defence Attaché in Azerbaijan. This historic milestone reflects the growing strength of the 🇬🇧-🇦🇿 partnership and will enhance our defence and security cooperation. pic.twitter.com/DSPvnCAshD
— UK in Azerbaijan (@ukinazerbaijan) March 14, 2025