Yazını böyüt
Yazını kiçilt
Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək.
Hafta.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.