EN

Ulduz aktyorun Netflix serialı fırtına yaradır

Yazını böyüt
Yazını kiçilt

Keyt Hudzon, şübhəsiz ki, romantik komediyaların kraliçasıdır. O, həm kassada insanları güldürən, həm də tənqidçilər tərəfindən yüksək qiymətləndirilən filmlərlə uzun ekran karyerasına malikdir. Hudzon bu dəfə Netflix-də yayımlanan yeni komediya serialı “Running Point”lə uğuruna yeni bir uğur əlavə edir.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, Netflix orijinal serialının premyerası fevralın 27-də baş tutub və o vaxtdan bəri böyük hitə çevrilib. İlk həftəsində qrafiklərdə güclü debüt edib və həm tənqidçilərdən, həm də izləyicilərdən müsbət şərhlər alıb.

Netflix-in rəsmi bloqu Tudum-un məlumatına görə, idman komediyası populyarlığını qoruyub saxlamaqda davam edir. Ən çox baxılanlar siyahısında birinci yeri tutmağı bacaran “Running Point”, ikinci mövsümü üçün yaşıl işıq yandırılanda belə zirvədəki yerini itirməyib.

“Running Point” ilk həftəsində 9,3 milyon baxış və 47,2 milyon saat izlənilməklə üçüncü yeri tutaraq, Robert De Nironun "Zero Day" adlı mini seriyasından və "American Murder: Gabby Petito" sənədli filmindən geri qalır.

“Running Point” platformada ikinci həftəsində daha çox baxış qazanıb. O, 12,2 milyon baxış və 61,8 milyon saat izlənilməklə “Zero Day”i ötüb. Komediya serialı 89 ölkədə ilk 10-a düşüb və ABŞ da daxil olmaqla 33 ölkədə ən çox baxılan serial olub.

İdman komediyasını Mindy Kaling, Elayn Ko, Ayk Barinholtz və David Stassen yaradıb.

Hudzonun ilk serial rolu olan “Running Point” filmində Dreu Tarver, Custin Terouks, Skott MakArtur, Brenda Sonq, Zet Hanks və Skott Evans kimi adlar da rol alır.

Meqan Marklın dostlarını və məşhur qonaqlarını dəvət etdiyi Kaliforniyadakı gözəl malikanəsində yemək bişirmək, bağçılıq və qonaq qəbul etmək haqqında məsləhətləri paylaşdığı serial Netflix-in həftəlik siyahısında çətinliklə ilk 10-a daxil ola bilib.

Siyahıda ikinci yerdə Robert De Nironun “Zero Day” filmi, üçüncü yerdə real hekayə əsasında çəkilmiş “Toxic Town” mini serialı qərarlaşıb.

Chosen
2
hafta.az

1Sources