Xəbər vermişdik ki, martın 12-də Strasburqda Avropa Parlamentinin plenar iclası çərçivəsində Bakıda hərbi cinayətlərdə ittiham edilən və məhkəmə prosesi keçirilən Ermənistan vətəndaşları ilə bağlı müzakirə aparılacaq. Məsələ ilə bağlı təcili qərar martın 13-də səsverməyə çıxarılacaq.
Adalet.az xəbər verir ki, nəhayət Avropa Parlamenti növbəti dəfə ikili standartlardan çıxış edərək yekun nəticə əldə edib. Beləki, AP -də“Azərbaycan tərəfindən erməni girovların, o cümlədən Dağlıq Qarabağın yüksək səviyyəli siyasi nümayəndələrinin qanunsuz həbsləri və saxta məhkəmələr” adlı saxta qətnamə qəbul edilib. Qətnaməyə 523 lehinə, 3 əleyhinə və 84 bitərəf səs verib.
slovakiyalı deputatı Miriam Leksman, fransalı deputatı Natali Loiseau və digər ağzı erməni lobbisinin şirin pullarına öyrənmiş ənənəvi "nifrətpüskürən" deputatlar Azərbaycanı hədəf alıblar. Eyni zamanda dövlətimizi kəskin tənqid etməkdən çəkinməyiblər.
Avropa Parlamentinin Azərbaycana qarşı haqsızlığı ilk dəfə deyil.
Avropa Parlamenti Azərbaycana qarşı həmişə qərəz nümayiş etdirib. 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə, vandalizminə susan Avropa Parlamentinin bu gün ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ikiüzlülük, ədalətsizlik deyil, nədir. 30 il erməni cinayətlərinə susub, indi bizim əleyhimizə qətnamə qəbul edir. Fikrimizi Millət vəkili Aqil, Abbasın bir açıqlaması ilə bitiririk:"
"Avropa Parlamenti ikiüzlü təşkilatdır. Onlar 30 il erməni cinayətlərinə susublar. Hələ biz yaralarımızı sağalda bilməmişik, indi bizim əleyhimizə qətnamə qəbul etmək istəyirlər. Qəbul edir etsin, cəhənnəmə etsin. Biz onun sözü ilə nəsə etmirik ki. Avropa bizim ağamızdır, ağsaqqalımızıdır? Onlar ikiüzlü təşkilatdır, nə edirlər etsinlər”.
Əntiqə Rəşid