EN

Cənubi Qafqazda ilk dəfə unikal ölçü və struktura malik dini ibadətgah aşkar edilib

Cənubi Qafqazda ilk dəfə ölçü və struktur baxımından unikal olan dini ibadətgah aşkar edilib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

"Orta və son tunc dövrü abidələrinin tədqiqi” mövzusu üzrə Ağstafa rayonu ərazisində Tavatəpə qədim yaşayış yerində avropalı mütəxəssislərlə birlikdə arxeoloji tədqiqatlar aparılmışdır. Elmi-tədqiqat işi İtaliyanın Florensiya şəhərində yerləşən Aralıq Dənizi və Yaxın Şərqdə Arxeoloji Tədqiqatlar Mərkəzi və Kataniya Universiteti ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun alimlərinin birgə elmi əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir. Aparılan qazıntılar zamanı Cənubi Qafqazda ilk dəfə öz böyüklüyü və strukturu baxımından unikal olan dini ibadətgah aşkar edilmişdir. Arxeoloji abidə Xocalı-Gədəbəy mədəniyyəti daşıyıcıları tayfalarının təsərrüfat həyatı və məişəti ilə yanaşı, dini dünyagörüşlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - hesabatda qeyd olunub.

Chosen
2
apa.az

1Sources