Bakı. Trend:
Hesabat ilində (2024-cü il) illik inflyasiya hədəf diapazonudaxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıqinflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olub.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisinbu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışındadeyib.
O bildirib ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95%icra) təşkil edib.
“Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi -maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təminedilib”, - deyə Ə.Əsədov qeyd edib.