EN

“Pezeşkian istefa versə, Güney Azərbaycanda aksiyalar başlaya bilər” – OLAY AÇIQLAMA

“Son zamanlarda İranda baş verən proseslər fonunda Prezident Məsud Pezeşkianın da istefa verəcəyi barədə yayılan iddialar inandırıcı deyil”. 

Bu sözləri Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı “Cebheinfo.az”-a açıqlamasında deyib. Onun sözlərinə görə, Pezeşkianın istefa verməsi qeyri-mümkündür:

“Pezeşkian sadəcə rejim istədiyi an istefa verə bilər. Onun özü istefa verməyə qadir deyil. 

Mən Pezeşkianın istefa verməsini istəyərəm. Hərçənd ki, onun əlində belə güc yoxdur, ancaq Pezeşkianın istefa verməsi yaxşı olar. Çünki Pezeşkian istefa verərsə, ona səs verənlər rejimə etiraz edə bilərlər. Bunun isə Güney Azərbaycanda və digər bölgələrdə aksiyalara çevrilməsi mümkündür. Hətta o, seçicilərə verdiyi sözləri həyata keçirməyinə imkan verilmədiyini desə, bu aksiyalar daha da genişlənə bilər”. 

Həmsöhbətimiz İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin istefa verməsindən də danışıb: 

“Bəlkə də Tehran rejimi Pezeşkianın yaxın adamlarının bir az kənara çəkilməsini və onun tək qalmasını istəyir. Əslində, Pezeşkian həqiqətən milli məsələlərə dəyər verirsə, Zərifin yanında qalması onu gücsüzləşdirərdi. Buna görə də Zərifin istefa verməsi yaxşıdır. 

Hətta prezident seçkiləri ərəfəsində Zərifin Pezeşkiana dəstək olması da çox təpki çəkmişdi. Yəni seçicilər onun Pezeşkianın komandasında olmasını istəmirdilər. Belə vəziyyətdə Zərifin getməsi Pezeşkian üçün də yaxşıdır. 

Lakin Məhəmməd Cavad Zərifin istefasının arxasında molla rejiminin göstərişi dayanır. Hətta Zərif özü də açıqlamasında Baş Prokurorluq tərəfindən çağırıldığını, istefasının istənildiyini, səbəblər məntiqli izah edildiyi üçün bu addımı atdığını etiraf edib. Ona görə də İrandakı istefaların planlı şəkildə olduğunu düşünürəm”. 

Ağrı Qaradağlı vurğulayıb ki, İranda vəziyyət çox gərgindir: 

“Ölkənin iqtisadi vəziyyəti çox bərbaddır. İran xalqı Pezeşkiana ona görə səs verdi ki, bəlkə hakimiyyətə gələndən sonra sanksiyaların bəziləri ləğv ola bilər. Həmçinin, ölkənin iqtisadi vəziyyətinin də düzələ biləcəyi güman edilirdi. Lakin gözləntilərin əksi baş verdi. Məsələn, Məsud Pezeşkian hakimiyyətə gəlmədən əvvəl İranda 1 dollar 50-60 min tümən idi, bir il keçməsinə baxmayaraq, indi bu rəqəm 90-100 min olub. Dolların bahalaşması isə İran iqtisadiyyatını alt-üst etdi. Oradakı vəziyyət artıq daha da çətinləşib. Bu vəziyyətdə yeni istefaların olacağı gözlənilmir. Hesab edirəm ki, qarşıdakı 6 ay və 1 il ərzində İranda ciddi istefa olmayacaq”. 

Chosen
2
cebheinfo.az

1Sources