EN

Son 4 ildə peşə təhsili müəssisələrinə qəbul sayı 60% artıb

Bakı. Trend:

Son 4 ildə peşə təhsili müəssisələrinə dövlət sifarişli yerlərinsayı 64%, qəbul sayı isə 60% artıb.

Trend xəbər verir ki, bubarədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasındamüzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, 2024/2025-ci tədris ili üzrə peşə təhsilimüəssisələrinə tələbə qəbulu 3 mərhələdə, 84 peşə təhsilimüəssisəsinə 66 ixtisas qrupu, 136 ixtisas olmaqla 31 min plan yeriüzrə aparılıb, bu yerlərdən 23,2 mini dövlət sifarişli, 7,8 miniisə ödənişli olub.

“ İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbəqəbulu elektron şəkildə həyata keçirilib. Faktiki olaraq 21,2 minnəfər (85%) dövlət hesabına, 3,6 min nəfər (15%) isə ödənişliəsaslarla olmaqla, 24,8 min nəfər peşə təhsili müəssisələrinə qəbulolub. 1,9 min nəfər ilk peşə, 20,5 min nəfər texniki peşə, 19ixtisas üzrə 2,4 min nəfər isə yüksək texniki peşə təhsilisəviyyəsi üzrə tələbə adını qazanmış, bu tələbələrin 8,9 minnəfərini (36%) qadınlar təşkil edib. Son 4 ildə dövlət sifarişliyerlərin sayı 64%, qəbul sayı isə 60% artıb. 2024-cü ildə yüksəktexniki peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i(52,7%) ali təhsil müəssisələrinə qəbul olub”,- deyə məlumatda qeydedilib.

Chosen
9
az.trend.az

1Sources