2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, ötən ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3%, yaşayış minimumu ölkə üzrə 9,8% artıb.
“Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub”.
Günay Şahmar, Bziim.Media