Bakı. Trend:
Ötən il Maliyyə Nazirliyi tərəfindən 1 illik, 2 illik, 3 illik,5 illik dövlət istiqrazları emissiya edilmiş, dövlətistiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib və 4,8milyard manat məbləğində dövlət istiqrazı Bakı Fond Birjasındayerləşdirilib. Tədavüldə olan dövlət istiqrazlarının həcmi 47%artaraq 9,3 milyard manata yüksəlib.
Trend bubarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Məlumata görə, bununla yanaşı, ötən il repo əməliyyatlarınınümumi məbləği 60,9 milyard manat olub.
“Repo əməliyyatlarının 56,8%-i korporativ qiymətli kağızları,40,7%-i dövlət istiqrazları və 2,5%-i Mərkəzi Bankın notları iləaparılıb. Korporativ qiymətli kağızları ilə repo əməliyyatlarınınhəcmi 123 dəfə artım, dövlət istiqrazları ilə repo əməliyyatlarınınhəcmi isə 51% azalma, Mərkəzi Bankın notları ilə repoəməliyyatlarında isə 78% artım müşahidə edilib”, - deyə hesabatdaqeyd edilib