EN

Baş Prokurorluq: Ağstafada 10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı, 14 mart, AZƏRTAC

Martın 13-də Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində on nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti sorğuya cavab olaraq bildirib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Araşdırma davam etdirilir.

 

Chosen
1
12
azertag.az

10Sources