EN

Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunan şəxslər evə buraxılıblar

Ağstafa, 14 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Ötən gün Ağstafa Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi ilə müraciət edənlərin sayı 10 nəfərə çatıb və onlara zəruri tibbi yardım göstərilib.

Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Qeyd edək ki, zərərçəkənlərin Ağstafa şəhərində fəaliyyət göstərən kafelərin birində satılan dönərdən zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Chosen
3
azertag.az

1Sources