EN

İrandan sülh sazişi üzrə anlaşmaya reaksiya

İran Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə olunan anlaşmanı təqdir edir.

Olaylar.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

O, İranın Ermənistan və Azərbaycan arasında sülh sazişinin müddəalarının razılaşdırılmasını təqdir etdiyini bildirib.

Nazirlik rəsmisi bu addımı Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması yolunda mühüm addım kimi dəyərləndirib.

"Ümid edirik ki, tərəflər fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll edərək tezliklə sülh sazişini imzalayacaq və bunun nəticəsində regionda davamlı sülh və sabitlik təmin olunacaq", - Bəqai vurğulayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
8
olaylar.az

10Sources