EN

Azərbaycan insan immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır

Azərbaycan insan immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

“Respublikada insan immunçatışmazlığı virusuna yoluxmuş hamilə qadınlar antiretrovirus (ARV) müalicəsinə cəlb olunurlar. Bunun nəticəsində 2016-cı ildən başlayaraq ARV terapiya alan qadınlar arasında İİV-in anadan uşağa ötürülməsi halına rast gəlinməyib. 2024-cü ildə QİÇS-lə Mübarizə Mərkəzində 10,2 min İİV-lə yaşayan şəxs qeydiyyatda olub, 9,8 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb olunub. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır”.

Chosen
2
apa.az

1Sources