Latviyanın xarici işlər naziri Ermənistan və Azərbaycanı təbrik edib.
Latviyanın xarici işlər naziri Baiba Braje Ermənistan və Azərbaycanı sülh sazişinin mətni üzrə razılığın əldə olunması münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri öz "X" hesabında paylaşım edib.
“Biz dostlarımız Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitlik yolunda mühüm addım olan sülh sazişinin mətni üzrə razılığın əldə olunması münasibətilə təbrik edirik”, - deyə o, qeyd edib.