Bakı. Trend:
Hesabat ilinin (2024-cü il) sonunadək işğaldan azad edilmişərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıqevlərlə təmin edilmiş və orada yaşayırlar.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilənplenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, ümumilikdə isə 30 min insan bu ərazilərdəyaşamaqla müxtəlif sahələrdə çalışırlar.
“Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosialmüdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329mln. manat vəsait yönəldilib. 2021-2024-cü illərdə işğaldan azadolunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlətbüdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılıb, o cümlədən2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 mlrd. manatməbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə Ə.Əsədovqeyd edib.