EN

Enerji sahəsində əməkdaşlıq inkişaf edir.

Azərbaycan hazırda beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayr-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin qurumlar sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkən Şimali Makedoniya da mühüm yer tutur. Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlərin inkişafı son illər ərzində xeyli sürətlənib. Əməkdaşlıqda siyasi dialoq dinamik xarakter alıb, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülüb. Eyni zamanda, iqtisadi sektorda, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılaraq müvafiq qərarlar qəbul edilib. Əlamətdar haldır ki, iki ölkə tərəfindən energetika sahəsində səmərəli əməkdaşlığa başlanılıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb.

COP29 çərçivəsində Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb. Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi imzalanıb. Həmçinin Energetika Nazirliyi “China Energy Overseas Investment Co. Ltd” şirkəti ilə Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb. Bundan başqa, Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.  Memorandum şirkətlə bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.  

Azərbaycan və Gürcüstan arasında tarixi, coğrafi və strateji baxımdan xüsusi əlaqələr mövcuddur. Bu münasibətlər təkcə dostluq bağları ilə məhdudlaşmır, həm də iqtisadi və enerji sahəsindəki əməkdaşlıqlar vasitəsilə daha da möhkəmlənir. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə iki ölkənin enerji sahəsində birgə əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr iki ölkənin strateji tərəfdaşlığını nümayiş etdirir. Bu layihələr təkcə regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Xumar Qədirova,
264 saylı məktəb liseyin riyaziyyat müəllimi

Chosen
5
ikisahil.az

1Sources