EN

Yeni doğulan uşaqlarda hansı xəstəliklər aşkarlanıb?

"Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı" üzrə 27 adda dərman vasitələri və tibbi sərfiyyat malları alınıb. "Olaylar" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib. Məlumatda bildirilib ki, yenidoğulmuşlar arasında inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə 5 patologiya üzrə (fenilketonuriya, qalaktozemiya, hipotireoz, adrenogenital sindrom, kistoz fibroz) neonatal skrining - daban testinin tətbiqi nəticəsində il ərzində icra olunmuş daban testlərinin nəticələrinə əsasən 35 uşaqda genetik metabolik xəstəlik aşkarlanıb ki, onlardan 4 uşaqda adrenogenital sindrom, 6 uşaqda anadangəlmə hipotireoz, 13 uşaqda fenilketonuriya, 4 uşaqda mukovissidoz, 8 uşaqda isə qalaktozemiya xəstəliyi aşkar olunıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
2
olaylar.az

3Sources