EN

Ramanada qəzaya düşən qazi “Chevrolet”i dəmir maneəyə çırpdı - VİDEO

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, martın 13-də səhər saatlarnda qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMW” markalı maşın, 77-AN-809 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzalı “Chevrolet” evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb. 

Qeyd edək ki, qəzaya düşən “Chevrolet” sürücüsü Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Chosen
3
avtosfer.az

1Sources