EN

Juninyo: "Azərbaycandan qayıdandan sonra uyğunlaşmaq çətin oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hazırda Braziliyanın "Flamenqo" klubunda oynayan "Qarabağ"ın sabiq futbolçusu Juninyo dünən keçirilən matçda fərqlənib.
Juninyo Rio derbisi - "Fluminense" ilə oyunun 66-cı dəqiqəsində Platanın əvəzinə meydana daxil olub və cəmi 10 dəqiqə sonra qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda ikinci qolu olub (yeddi oyuna).
Oxu.Az xəbər verir ki, matçdan sonra Juninyo yerli jurnalistlərə açıqlama verib. O, Azərbaycandan Braziliyaya qayıtdıqdan sonra üzləşdiyi çətinlikdən bəhs edib.
"Mən burada bir az əziyyət çəkdim. Çünki çox soyuq bir yerdən gəldim. İndi Rio-de-Janeyronun bu istisinə dözməli oluram. Bu isə hər şeyi dəyişir: yemək, iqlim, saat fərqi… Və nəticədə mənə ziyan dəydi. Mövsümöncəsi hazırlıqda da on gün təkbaşına məşq etməli oldum. Heç də asan deyildi. Amma indi zədədən sonra çalışmaq və heyətdə yer almaq lazımdır", - deyə Juninyo bildirib.
Chosen
3
oxu.az

1Sources