EN

İsrail Livanın şərqini bombalayır

İsrail döyüş təyyarələri Livanın şərqində, Suriya sərhədinə yaxın məntəqələri bombalayıb.

Turkustan.az xəbər verir ki, şahidlərdən alınan məlumata görə, ölkənin şərqindəki Bekaa bölgəsinin Zahle şəhərinin Qusaya qəsəbəsinə hava zərbələri endirilib.

İsrail döyüş təyyarələrinin hava hücumları Suriya sərhədi yaxınlığındakı dağ silsiləsini hədəf alıb.

Şahidlər bildiriblər ki, İsrail döyüş təyyarələri Suriya sərhədi yaxınlığındakı əraziyə ikinci hücumu həyata keçirib.

Digər tərəfdən, Livanın rəsmi agentliyi olan NNA-da dərc olunan xəbərdə ölkənin şərq bölgələrinə silsilə hava zərbələri endirildiyi bildirilib.

Hücumlarda itki olub-olmaması barədə hələlik məlumat yoxdur.

Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs razılaşmasına baxmayaraq, İsrail tez-tez razılaşmanı pozur.

Livan hakimiyyətinin məlumatına görə, atəşkəsdən sonra İsrail ordusunun başlatdığı hücumlarda ən azı 86 nəfər ölüb, 285 nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
25
turkustan.az

1Sources