2024/25 mövsümündə “Fənərbağça” və “Qalatasaray” futbol komandaları arasında keçiriləcək axırıncı derbinin vaxtı müəyyənləşib.

Ulusal.az xəbər verir ki, İstanbul klubları Türkiyə Kubokunun 1/4 final mərhələsi çərçivəsində aprelin 2-də, həftənin çərşənbə günü üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Reqlamentə əsasən, cütün taleyini “Şükrü Saracoğlu” stadionunda gerçəkləşəcək bir oyun həll edəcək. Matçın “Fənərbağça”nın ev stadionuna təyin olunmasına gəlincə, bu, “Qalatasaray”ın rəqibindən fərqli olaraq, qrup mərhələsini 1-ci yox, 2-ci başa vurması ilə əlaqədardır.

Türkiyə kuboku, 1/4 final 

1 aprel

21:30 “Konyaspor” – “İskenderunspor”

2 aprel

18:45 “Trabzonspor” – “Bodrum”

21:45 “Fənərbağça” – “Qalatasaray”

3 aprel

21:30 “Beşiktaş” – “Göztepe”