Paytaxtın Xətai rayonu ərazisində “Bakubus” avtobusu qəza törədib.
Bizim.Media xəbər verir ki, hadisə “Həzi Aslanov” metro stansiyasının qarşısında qeydə alınıb.
“BakuBus” MMC-dən bildirilib ki, bu gün saat 10:20 radələrində 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90JY786 avtobusun iştirakı ilə Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol nəqliyyat hadisəsi baş verib:
“Nəqliyyat vasitəsini idarə edən sürücü Təhməzov Raminin verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayananan digər nəqliyyat vasitələri - 10KR201 və 77HS309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb”. (ölkə.az)
Bizim.Media