EN

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb

Martın 14-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

Korrespondent.az xəbər verir ki, bu gün Ballıca kəndində 24 ailə olmaqla, 98 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin olunub və orada məskunlaşıb.

Chosen
11
1
korrespondent.az

2Sources