EN

ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti

Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib.

ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir!

Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin "Sənə özəl" bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; "Bütün təkliflərin" bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Chosen
3
12
modern.az

10Sources